Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində çay üstündə qala deməkdir. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Geloqların tədqiqatlarına görə Kəlbəcər rayonunun ərazisində 77 növ mineral var. Kəlbəcər rayon üzrə 73 nəfər elmlər doktoru və professor var. Şairlər, aşıqlar, söz ustaları ilə Kəlbəcər ayrıca bir dünyadır. Siyasi böhran və xarici havadarların gücü ilə erməni silahlı qüvvələri aprelin 2-si 1993-cü ildə Kəlbəcərə bir neçə istiqamətdən hücuma keçdilər. Kənardan rayon əhalisi köməksiz qalmışdı, əhali faciə içərisində idi, 60 minlik əhali mühasirədə qalmışdı. Yeganə qurtuluş yolu Murovdağ silsiləsi idi. Qarın yağması vəziyyəti daha da çətinləşdirmişdi. Rayon əhalisi uşaqları, qocaları, xəstələri, necə xilas etmək yolunu bilmirdi. 27 il düşmən tapdagı altında qalan Kəlbəcər rayonu 15 noyabr 2020-ci ildə işğaldan azad olundu. Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi ərazini tərk edərkən evləri və meşələri yandırmaga başladılar. Bu gün Kələbəcər yenidən qurulur. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi artıq Kəlbəcər rayonunda da genişmiqyaslı işlər həyata keçirilir, sakinlərin öz doğma yurd-yuvalarına qayıdaraq rahat yaşamaqları üçün lazımi infrastruktur yaradılır.Vüsalə İsgəndərova,Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi